"Yenidən qələbələr qazanmaq üçün özünəinamı qaytarmalıyıq. Bizdə Akono kimi qüvvətli, qol vurmağı bacaran qolçu var. Həmçinin Hoffmann sürətli futbolçudu. Bu üzdən "Osnabrük"lə görüşdə Dadaşova yer yox idi"

"Bizim birinci ötürməni qəbul edən, topları paylayan və divar funksiyasını yerinə yetirən hücumçumuz yoxdu. İndi bununla maraqlanmalıyıq". Matc.az saytının məlumatına görə, bunu "Proyssen"in baş məşqçisi Marko Antverpen deyib.

Münster təmsilçisi III Bundesliqanın XXIV turunda öz meydanında "Osnabrük"lə qolsuz bərabərə qalıb. Həmin oyunda "Proyssen"in hücum xəttində Kirill Akono və Filipp Hofmann yer alıb. Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov yalnız 83-cü dəqiqədə mübarizəyə qoşulub.

Antverpen seçimini belə əsaslandırıb: "Yenidən qələbələr qazanmaq üçün özünəinamı qaytarmalıyıq. Bizdə Akono kimi qüvvətli, qol vurmağı bacaran qolçu var. Həmçinin Hoffmann sürətli futbolçudu. Bu üzdən "Osnabrük"lə görüşdə Dadaşova yer yox idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest