İspaniya Superkubokunun formatı dəyişdirilə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales deyib.

Onun sözlərinə görə, Superkubokda 2 yox, 4 komandanın iştirakını təklif edib. Belə ki, La Liqa və Kral Kubokunun qalibləri ilə yanaşı, ikincilərinin də Superkuboka qatılması nəzərdə tutulur. Belədə 4 komanda arasında "Final Four" formatında görüşlər baş tutacaq.

Yeni format təsdiqlənərsə, Superkubok oyunları İspaniyada deyil, başqa ölkələrdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest