UEFA çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Viktoriya" (çexiya) oyununun biletləri sabah - avqustun 14-də saat 11:00-dan satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.
 
Satış məntəqələri:
- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
- Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest