"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 2-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib.

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 2-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- İlk qələbəmizi qazanmaq istəyirdik. çalışdıq. Heç də pis başlamamışdıq. İkinci hissədə rəqibinin ilk hücumu qol oldu. Futboldur. Qarşıdakı oyunlara baxacağıq. çalışacağıq ki, qələbə qazanaq.
 
- Matç ərzində hakimlərə iradınız çox olurdu. Buna səbəb nə idi?
- Hakimlərə o qədər də irad yox idi. Bəzi epizodlar var idi ki, fərqli qərarlar qəbul olunmalı idi. Olur belə şeylər. Kiçik epizodlar idi.
 
- Bu gün "Turan Tovuz" qələbəyə layiq idi, yoxsa "Səbail" zəif oynadı?
- Düşünürəm ki, "Turan Tovuz" yaxşı müdafiə olundu. İstədiyimiz oyunu sərgiləyə bilmirdik. Cinahlarımız o qədər də fəal deyildi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest