"Qarabağ"ın UEFA çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Viktoriya" (Plzen) çexiya çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Plzen təmsilçisi 3-cü turda "Qradets-Kralove"nin qonağı olub.
 
Son ölkə çempionu rəqibini 2:1 hesabı ilə məğlub edib. Qələbə sayəsində xallarının sayını 7-yə yüksəldən "Viktoriya" "Bohemians" və "Brno" ilə birlikdə ilk 3 pilləni bölüşdürür.
 
"Qarabağ" çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest