"Bakıda da bunu göstərməyə çalışacağıq. Baş məşqçi mənə güvənir və bunu boşa çıxarmamalıyam"

"İvobi son vaxtlar üzərində yaxşı çalışır. Qarşıdakı oyunlarda ondan çox şey gözləyirəm". Matç.az saytının məlumatına görə, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib.

Təcrübəli mütəxəssis Britaniya mətbuatına açıqlamasında Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la səfər görüşünə hazır olduqlarını deyib. O, xüsusən də, nigeriyalı yarımmüdafiəçi Aleks İvobinin yüksəlişindən məmnundu. Emeri "Qarabağ"la qarşılaşmada da vingerə güvənəcəyini vurğulayıb: "O, həm sağ, həm də sol cinahda oynaya bilir, təkbətək mübarizələrdə təhlükəlidi. Qol vurmaq üçün rəqib qapısına yaxın oynamasını və aqressiv olmasını tapşırmışam".

22 yaşlı futbolçu özü də inkişafda olduğunu söyləyib. İvobi "Qarabağ"la matçda qələbəni hədəflədiklərini deyib: "Emeri komandaya qələbə ab-havasını qaytarıb. Bütün oyunlara bir məqsəd üçün çıxırıq. Bakıda da bunu göstərməyə çalışacağıq. Baş məşqçi mənə güvənir və bunu boşa çıxarmamalıyam".

Qeyd edək ki, "Qarabağ" – "Arsenal" görüşü oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest