İngiltərə kubokunun 1/8 final mərhələsində "çelsi"ni 2:0 hesabı ilə məğlub edən "Mançester Yunayted" növbəti mərhələyə adlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "mankunianlar" yeni baş məşqçisi Ole-Qunnar Sulşerin rəhbərliyi altında yüksəlişini davam etdirir.

"Qırmızı şeytanlar" onun rəhbərliyi altında keçirdiyi 13 görüşün 11-də qələbə qazanıb. Sulşer bununla Joze Mourinyonun cari mövsümdəki göstəricisini geridə qoyub.

Belə ki, komanda Mourinyonun rəhbərliyi altında 24 oyunun yalnız 10-da qalib gələ bilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest