Türkiyənin "İstanbulspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Ukraynanın "Zarya" klubunun qanalı futbolçusu Raymond Frimponq Ovusunu transfer edib.
 
Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
Gənc hücumçu yeni klubuna azad agent kimi keçib. İstanbul təmsilçisi bu transferə görə Ukrayna klubuna təzminat ödəməyib.
 
Raymond Ovusu 2021-ci ilin martından "Zarya"da çıxış edirdi. 20 yaşlı forvard bu komandada 14 oyuna 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest