Bu gün futbol üzrə Misli Premyer Liqasında 3-cü tura start verilib. Matc.az xəbər verir ki, turun ilk matçında "Şamaxı" "Səbail"i qəbul edib.

İlk 2 turdan sonra xalı olmayan kollektivlər "Kəpəz" və "Sumqayıt"la birlikdə 7-10-cu yerləri bölüşdürürdü. Qarşılaşmada hesabı ilk hissədə qonaqlar açıblar. Amma meydan sahibləri ikinci yarıda məğlubiyyətdən xilas olmağı bacarıblar. Yekunda komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.

Misli Premyer Liqası
3-cü tur
19 avqust

"Şamaxı" – "Səbail" 1:1
Qol: A.Yunanov, 71 – R.Hacıyev, 20.
Şamaxı şəhər stadionu.

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 21. Qurban Səfərov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov.
Baş məşqçi: Vüqar Əsgərli.
Səbail: 1. Emil Balayev (k), 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa, 4. Maksim çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 27. Emil Martinov, 5. Petro Stasyuk.
Baş məşqçi: Mahmud Qurbanov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest