İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Tanqi Ndombeleni heyətinə qatıb.
 
Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Ndombele 2019-cu ildən "Tottenhem"də çıxış edirdi. Fransadan olan yarımmüdafiəçi London təmsilçisində 91 oyuna çıxıb, 10 qol vurub. Fransa yığmasında 7 oyun keçirmiş futbolçu bu ilin əvvəlində Lion "Olimpik"inə də icarəyə verilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest