Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" heyətini gücləndirib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, "Vorskla"nın keçmiş hücumçusu Vladislav Kulaç karyerasını "Aleksandriya"da davam etdirəcək. Paşayevin komandası onu müqavilə ilə məxsus olduğu Donetsk "Şaxtyor"undan 4 aylıq icarəyə götürüb.

Qeyd edək ki, Vladislav Kulaç bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıdakı görüşdə "Vorskla"nın qələbə qolunun müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest