Həftəsonu Topaz Premyer Liqasında XVIII turun oyunları keçiriləcək. Matc.az saytının məlumatına görə, "Zirə" səfərdə "Sumqayıt"la qarşılaşacaq.

Bu, komandaların cari mövsümdə 3-cü görüşü olacaq. ümumilikdə isə iki komanda Premyer Liqada 14 dəfə üz-üzə gəlib. 15-ci duelə üstünlüklə yollanan "Zirə" 7 dəfə qələbə qazanıb. Hesabında 3 heç-heçə olan komanda 4 dəfə uduzub.

İkili rəqabətdə "Zirə" 18 qol vurubsa, "kimyaçılar" 12 dəfə seviniblər. Bu oyunlarda "Zirə"nin ən yaxşı bombardirləri Aleksandr Dedovla Vüsal İsgəndərlidir. Onlar hərəyə 3 dəfə fərqləniblər.

Samir Abasovun komandası səfər oyunlarında 2 qələbə qazanıb, eyni sayda heç-heçə edib və 3 dəfə məğlub olub. Top fərqində isə bərabərlik hökm sürür – 6:6.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest