"Mançester Siti"nin hücumçusu Serxio Aquero çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Şalke" ilə oyunda hesabı açıb. Matc.az saytının məlumatına görə, bu, argentinalı futbolçunun qitənin ən nüfuzlu klub turnirində vurduğu 34-cü qol olub.

Bununla da Kun çL-də ən çox qol vuran avropalı olmayan oyunçuların sıralamasında 3-cü pilləyə yüksəlib. O, Kavani ilə qollarının sayını bərabərləşdirib. İlk iki sırada isə Lionel Messi (106) və Didye Droqba (44) qərarlaşıb.

Bundan başqa Aquero son 7 qarşılaşmada 10 qol vuraraq daha bir uğura imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest