UEFA çempionlar Liqasının 1/8 final mərhələsinin bu həftə keçirilən oyunlarında vurulan ən yaxşı qolları müəyyənləşdirib. Matc.az saytının məlumatına görə, qitə futbol qurumu ən yaxşı qol adına 4 namizədi azarkeşlərin ixtiyarına buraxıb.

Hyun-Min Sonun ("Tottenhem") Dortmund "Borussiya"sı, Kərim Benzemanın ("Real") "Ayaks", Nikolo Zaniolonun ("Roma") "Porto" və Leroy Sanenin ("Mançester Siti") "Şalke" ilə qarşılaşmada vurduğu qol ən yaxşı adına namizəddi.

Qeyd edək ki, digərlərindən fərqli Zaniolo "Porto" ilə görüşdə dubl edib. Onun ilk qolu namizəd göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest