Fransa çempionatında ötən turlardan təxirə salınan iki oyun keçirilib. Matc.az saytının məlumatına görə, "Bordo" ilə autsayder "Genqam" arasındakı görüşdə qolsuz bərabərlik qeydə alınıb.

Lider PSJ isə yuxarı pillələrdə qərarlaşan "Monpelye"yə rəhm etməyib. Rəqib qapısından 5 top keçirən Paris təmsilçisi çempionluğa bir addım da yaxınlaşıb.

 

Fransa Liqa1-i

XXIII turdan təxirə salınan oyun

"Bordo" - "Genqam" - 0:0

 

XVII turdan təxirə salınan oyun

PSJ - "Monpelye" - 5:1

Kurzava, 13; Di Mariya, 45; Nkunku, 73; Hilton, 78 (avtoqol); Mbappe, 79 - Molle, 31

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest