Ancaq məhz Mehmet Binnətin apardığı əməliyyat sayəsində onlar yenidən yaşıl meydanlara dönməyi bacarıblar. Ramiz Məmmədov professor haqda "onun oğlu kimiyik. Mehmet bəyin sayəsində futbol sevdamızı davam etdirdik", deyib.

"Keşlə"nin sabiq baş məşqçisi Ramiz Məmmədov, "Səbail"in çalışdırıcısı Aftandil Hacıyev və futbolçusu Ruslan Hacıyevin atdığı addım Türkiyə mətbuatının diqqətini çəkib. Matc.az saytı xəbər verir ki, adıçəkilən şəxslər türkiyəli həkim Mehmet Binnətlə bir araya gəlib.

Bu isə səbəbsiz deyil. çünki Binnət həm Məmmədovun, həm də Hacıyevlərin futbolçu karyerasında böyük iz buraxıb. üç müxtəlif nəslin nümayəndələri karyeraları ərzində ciddi zədələrə məruz qalıblar. Hər üçünün taleyini birləşdirən məqam isə diz nahiyəsindən xəsarət almaları və futbolu atmaq dərəcəsinə gəlmələri olub.

Ancaq məhz Mehmet Binnətin apardığı əməliyyat sayəsində onlar yenidən yaşıl meydanlara dönməyi bacarıblar. Ramiz Məmmədov professor haqda "onun oğlu kimiyik. Mehmet bəyin sayəsində futbol sevdamızı davam etdirdik", deyib.

Maraqlısı burasındadı ki, Aftandil Hacıyev 2009-cu ildə zədə alarkən onu Mehmet Binnətli ilə məhz Ramiz Məmmədov tanış edib və sağalmasına vasitəçi olub. Hazırda "Səbail"in əvəzedicilərində çıxış edən Ruslan Hacıyevin isə 16 yaşında çarpaz bağları yırtılıb. Maraqlıdı ki, həmin vaxta qədər iki dəfə eyni problemdən əziyyət çəkdiyi üçün əməliyyat olunan Ruslanı isə Aftandil Hacıyev Binnətlinin yanına göndərib. Karyerasını başlamadan bitirməyə hazırlaşan Ruslan məhz türkiyəli həkimin keçirdiyi əməliyyat sayəsində hazırda futbol oynamağa davam edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest