"Yuventus"un hücumçusu Kriştianu Ronaldonun çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə görüşdəki hərəkəti diqqət çəkib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı superulduz rəqib azarkeşlərin təhqirlərinə əl hərəkəti ilə cavab verib.

Madridli fanatlar oyun ərzində bir neçə dəfə onu fitə basaraq, "Vergini ödə, Kriştianu" deyə qışqırıblar. 34 yaşlı oyunçu isə buna özünəməxsus tərzdə cavab verib. Əllə 5 işarəsini göstərən Ronaldo qarşılaşmadan sonra yerli mətbuat nümayəndələrinin yanından keçərkən bu hərəkətinin mənasini deyib: "Mən çempionlar Liqasını 5 dəfə qazanmışam, siz də sıfır".

Qeyd edək ki, "Atletiko" - "Yuventus" oyunu birincilərin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest