"Komanda nə zaman qələbə qazanırsa, deməli, orta sahə işinin öhdəsindən layiqincə gəlib. Məğlubiyyət də yarımmüdafiəçilərlə əlaqədar olur. Orta sahə insanın beyninə bənzəyir".

"Səmədov, Cano və Timofeyevi çoxdan tanıyıram. Onlar mövsümün qalan hissəsində bizə problemləri həll etməyə kömək edəcəklər". Matc.az saytı xəbər verir ki, bunu "Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç deyib.

Antalya toplanışını başa vuran Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası Rusiya Premyer Liqasında ikinci dövrənin son hazırlıqlarını keçir. Klubun rəsmi saytına müsahibə verən Bojoviç komandadakı qol probleminə toxunub.

Həmkarımızın "15 oyunda cəmi 10 qol vurmusunuz. Hücum xəttində ciddi güclənmə baş vermədi. Kornilenko, Kanunnikov və Şeydayevin bu uğursuzluğa son qoyacağına inanırsınız", sualına baş məşqçi belə cavab verib: "Komanda nə zaman qələbə qazanırsa, deməli, orta sahə işinin öhdəsindən layiqincə gəlib. Məğlubiyyət də yarımmüdafiəçilərlə əlaqədar olur. Orta sahə insanın beyninə bənzəyir. Əgər onlar işləsələr, hər şey yaxşı olacaq. İkinci səbəb isə odu ki, indi güclü qolçu tapmaq çox çətindi. Bu səbəbdən əlimizdəki oyunçularla daha da irəliləməyi düşünürük. Sergey Kornilenko yaşının çoxluğuna baxmayaraq, yüksək keyfiyyətlərə malik futboçudu. Təəssüf ki, o, cəzalı olduğu üçün "Lokomotiv"lə oyunda bizə kömək edə bilməyəcək".

Qeyd edək ki, "Krılya Sovetov" yeni ildə ilk rəsmi oyununu martın 2-də səfərdə "Lokomotiv"ə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest