Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki sərt qərarla gündəmə gəlib. Matc.az saytı xəbər verir ki, hazırda Bosniya və Herseqovina yığmasını çalışdıran xorvatiyalının bir futbolçuya dəvət göndərməməsi birmənalı qarşılanmayıb.

Söhbət "Anderlext"in müdafiəçisi Oqnen Vranyeşdən gedir. 50 yaşlı çalışdırıcı onu oyununa deyil, şəxsi həyatına görə millidən kənarda qoyub. 30 yaşlı mərkəz müdafiəçisinin adı bu ilin əvvəlində digər futbolçu Duşko Toşiçin həyat yoldaşı Yelena Karleuşa ilə seks qalmaqalında hallanmışdı. Karleuşanın evli olmasına baxmayaraq, Vranyeşlə eşq həyatı yaşaması ölkədə böyük səs-küyə səbəb olmuşdu.

Vranyeş həmçinin serbiyalı çetnik lider Momçilo Djuiçin şəklini qoluna tatu etdirməsi ilə də tənqid obyektinə çevrilmişdi.

Onun qalmaqallarından bezən Prosineçki isə futbolçunu yığmaya dəvət etməyi düşünmədiyini bildirib: "İstənilən yığmanın futbolçusu meydanda olduğu qədər, ondan kənarda da özünü sübut etməlidi. Bu, belə davam etməz. O, əvvəllər də tez-tez azarkeşlərlə mübahisə edirdi. Hamımız bu ölkənin yığmasına xidmət etməliyik. Komandaya mənfi təsir edəcək ən xırda problemi belə, yaxına buraxmaram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest