Dünən futzal üzrə Yüksək Liqanın XIX turunun son matçı EKOL-un qələbəsi ilə yanaşı, 42 və daha çox qolun vurulduğu oyun kimi də yadda qalıb. Cari mövsümdə ən çox qolun vurulduğu və fərqin qeydə alındığı oyun çempionatlar tarixinin üçüncü ən məhsuldar qarşılaşmasıdı.

Dünən futzal üzrə Yüksək Liqanın XIX turunun son matçı EKOL-un qələbəsi ilə yanaşı, 42 və daha çox qolun vurulduğu oyun kimi də yadda qalıb. Matc.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, cari mövsümdə ən çox qolun vurulduğu və fərqin qeydə alındığı oyun çempionatlar tarixinin üçüncü ən məhsuldar qarşılaşmasıdı.

Belə ki, ən çox qolun vurulduğu oyun 2010/11-ci il mövsümündə olub. "Araz" – "Azecolab" dueli 54:4 hesabı ilə yekunlaşıb. Görüşdə ümumilikdə 58 qol vurulub. İkinci yerdə isə EKOL – "Saray" qarşılaşması yer alır. 2009/10-cu il mövsümündə keçirilmiş matç 57:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb. Bu oyun məhsuldarlığı görə ikinci, fərqə görə isə birinci yerdə qərarlaşıb.

Dünənki EKOL – "Liman" oyununda isə 42 qol vurulub. EKOL-un 38 topuna "Liman" 4 dəfə qarşılıq verib. Hazırkı çempionatın arxada qalan oyunlarının heç birində 34 top fərqi qeydə alınmayıb. 34 top fərqli qələbə çempionatlar tarixində 10-cu sıradadı. Ən fərqli hesab isə elə EKOL-a məxsusdu - 57 top.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest