"Arsenal"ın kapitanı Loran Koselnı milli karyerasını başa vurub. Matç.az saytı xəbər verir ki, bu barədə mərkəz müdafiəçisi özü məlumat verib.

33 yaşlı futbolçu yerli mətbuata açıqlamasında bir daha Fransa yığmasının formasını geyinməyəcəyini bildirib. O, buna səbəb kimi zədəsini göstərib: "Yığmada həmişə əlimdən gələni etdim. Ancaq mənim dövrüm artıq bitdi. Zədələr məni buna məcbur etdi. Məhz bu səbəbdən dünya çempionatına yollana bilməmişdim. Yığmanın dünya çempionluğu titulunu qazanması mənə zədəmdən daha çox psixoloji zərər vurdu".

Qeyd edək ki, Loren Koselni Fransa yığmasının heyətində 51 oyun keçirib, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest