"Fiorentina"nın yarımmüdafiəçisi Federiko Kyeza Fransaya köçə bilər. Matc.az saytının xarici mətuata istinadən məlumatına görə, PSJ gənc oyunçunun xidmətində maraqlıdı.

Paris təmsilçisi artıq qarşı tərəflə danışıqlara start verib. Fransızlar ilk mərhələdə 21 yaşlı futbolçunun transfer qiymətini öyrənməyə çalışır. PSJ-nin idman direktoru Anter Enrike futbolçunun özü ilə də təmasa keçib. Lakin Kyeza "Napoli"nin də diqqət mərkəzindədi.

Qeyd edək ki, "Fiorentina"nın yetirməsi olan Federiko Kyeza 2016-cı ildən əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest