"Bura gələndə hansı yükün altına girdiyimi bilirdim. İnanmasam, gəlməzdim. Məşqçiliyə təzə başlamışam. Elə böyük bir imicim də yoxdu. Alınmasa, etiraf etməyə utanmayacam da"

"üzgünük. Azarkeşlərimizin qarşısında məğlub olduq. Onlardan üzr istəyirik". Matc.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

38 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə rəqib yaxşı təsir bağışlasa da, fasilədən sonra üstünlük "Sumqayıt"da olub: "Təslim olmaq olmaz. Futbolçularıma da bildirdim ki, bu durumdan çıxmaq üçün çox çalışmalıyıq. çalışmaq yaşa baxmır. Elvin Məmmədov qışdan sonra ilk dəfə start heyətində yer almışdı. Yəni, məsələ yaşda deyil. Oyun baxımından rəqiblərdən aşağı deyilik. Amma real danışaq, qışdan sonra bütün rəqiblər gücləndi. Bizim üçün çox çətindi. Seçim imkanımız azdı.

Bura gələndə hansı yükün altına girdiyimi bilirdim. İnanmasam, gəlməzdim. Məşqçiliyə təzə başlamışam. Elə böyük bir imicim də yoxdu. Alınmasa, etiraf etməyə utanmayacam da. Təslim olsam, komanda çətin duruma düşər. Biz də vuruşacağıq. İnanıram, amma çox çətin olacaq. Klub sponsoru "Azərkimya"dı, prezidenti isə Riad Rəfiyev. Bura gələndə onlarla görüşüb, baş məşqçi təyin olunmuşam. AFFA ilə əlaqəm yoxdu. Mən "Sumqayıt" klubuna gəlmişəm".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest