"Kuboku qazanmaq üçün hələ 4 rəqibi üstələmək lazımdı. Hər mərhələ isə əlavə qazanc deməkdi. "Benfika" əgər Bakıya qədər gedib çıxa bilsə və sonda kuboku muzeyinə gətirsə, UEFA-dan daha 13,5 milyon avroluq gəlir götürəcək".

Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan "Benfika" bununla kifayətlənmək fikrində deyil. Matc.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, Lissabon təmsilçisinin hədəfi mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşünə çıxmaqdı.

Son vaxtlar səhmlərində kifayət qədər artım müşahidə olunan "Benfika" baş məşqçi postuna Bruno Lagı gətirib. Həmkarlarımızın yazdığına görə, rəhbərlik finala qədər irəliləməklə büdcənin də zənginləşməsini istəyir: "Kuboku qazanmaq üçün hələ 4 rəqibi üstələmək lazımdı. Hər mərhələ isə əlavə qazanc deməkdi. "Benfika" əgər Bakıya qədər gedib çıxa bilsə və sonda kuboku muzeyinə gətirsə, UEFA-dan daha 13,5 milyon avroluq gəlir götürəcək. Həm pul, həm də prestij üçün komanda məhz buna köklənib".

Qeyd edək ki, 1/16 finalda "Qalatasaray"ı mübarizədən kənarlaşdıran "Benfika"nın 1/8 finaldakı rəqibi Zaqreb "Dinamo"su olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest