Türkiyə klubu "Göztəpə"də baş məşqçi dəyişikliyi olub. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Superliqanın XXIII turunda evdə "Trabzonspor"a məğlubiyyət Kemal özdeşin istefası ilə nəticələnib.

Uğursuz çıxışın ardından onunla yollarını ayıran klub rəhbərliyi yeni baş məşqçini də açıqlayıb. Belə ki, Tamer Tuna yenidən "Göztəpə"yə qaytarılıb. ötən mövsümün sonunda yola salınan Tuna ilə müqavilə imzalanıb. Keçən yay "ağlı və ürəyi bizimlə olanlarla davam edəcəyik" deyərək Tunanı istefaya göndərən klub prezidenti Mehmet Sepilin onu qaytarması birmənalı qarşılanmayıb.

Qeyd edək ki, "Göztəpə" hazırda 25 xalla 14-cü sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest