İspaniya Kral Kubokunun yarımfinal mərhələsində, eləcə də La Liqanın XXVI turunda keçiriləcək "Real" - "Barselona" oyunlarının hakimləri açıqlanıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, fevralın 27-dəki "El-Klasiko"nu Xose Maria Sançes Martines idarə edəcək.

Yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq həmin oyunda VAR sisteminə Rikardo de Burqos Benqoetxea nəzarət edəcək.

Martın 2-dəki "El-Klasiko"da isə Alexandro Ernandes Ernandes fit çalacaq. Həmin qarşılaşmada VAR-ı Antonio Mateu Lahoz idarə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest