Aç-2020-nin seçmə mərhələsindəki rəqiblərimizdən biri olan Xorvatiyanın əfsanəvi futbolçusu Davor Şuker maraqlı açıqlamalarla diqqət çəkib. Matc.az saytının məlumatına görə, hazırda yerli futbol federasiyasının prezidenti olan keçmiş qoleador Bakı Olimpiya Stadionundan da bəhs edib.

O, öz komandalarının güclü olduğunu vurğulasa da, rəqiblərinin daha yaxşı stadiona malik olduğunu deyib.

Şuker dövlət və yerli icra hakimiyyəti nümayəndələrini martın 24-də AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Budapeştdəki "Qroupama Arena"da keçiriləcək Macarıstan – Xorvatiya oyununu izləməyə və həmin stadiondan örnək götürməyə səsləyib.

Əfsanəvi futbolçu Bakı Olimpiya Stadionunu da nümunə göstərib: "Uelsin Kardiffdəki arena da daxil olmaqla, bir neçə əla stadionu var. Azərbaycan AVRO-2020-ni möhtəşəm Bakı Olimpiya Stadionunda qəbul edəcək. Slovakiyalılar yaxın günlərdə Bratislavada stadionun açılışını edəcəklər. Qonşumuz Macarıstan isə "Qroupama Arena" və bir neçə birinci səviyyəli idman qurğuları inşa edib. Xorvatiya millisinin öz nəticələrinə uyğun stadiona layiq olduğundan əminəm. Ona görə də dövlət və yerli icra hakimiyyəti nümayəndələrini bizimlə Budapeştdəki oyuna getməyə, orada macarlardan bu arenanı necə maliyyələşdirdiklərini və inşa etdiklərini öyrənməyə çağırıram".

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Xorvatiya ilə martın 21-də səfərdə, sentyabrın 9-da isə evdə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest