"Hərəkəti etməkdə məqsədim azarkeşlərimizə yumurtalarımızın olduğunu göstərmək idi"

çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Yuventus"la qarşılaşmada nalayiq jest edərək qasıq nahiyəsini göstərən Dieqo Simeone cəzalanacaq. Matc.az saytının məlumatına görə, artıq UEFA bununla bağlı intizam işi açıb.

İlk qolu qyed edərkən əli ilə qasıq nahiyəsini işarə edən argentinalı daha sonra bunu belə izah etmişdi: "Hərəkəti etməkdə məqsədim azarkeşlərimizə yumurtalarımızın olduğunu göstərmək idi".

Onun ən azı 1 oyunluq diskvalifikasiya edəcəyi gözlənilir. Təcrübəli çalışdırıcının cəzasının ağır ola biləcəyi də istisna olunmur.

Qeyd edək ki, "Atletiko" ilk oyunda "Yuventus" üzərində 2:0 hesablı qələbə qazanıb. Cavab görüşü martın 12-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest