İkinci hissə birincinin tam əksi olub. Möhtəşəm geri dönüş edən "Fənərbaxça" hər üç qolun əvəzini çıxaraq yekunda derbidən 1 xalla ayrılmağı bacarıb.

Türkiyə Super Liqasında XXIII tur başa çatıb. Matc.az saytının məlumatına görə, həftəyə derbi ilə yekun vurulub.

Medallara iddia edən "Beşiktaş" autsayderlər sırasında qərarlaşmış əzəli və əbədi rəqibi "Fənərbaxça"nı qəbul edib.

Qarşılaşmaya aktiv başlayan meydan sahibləri ilk hissəni 3:0 hesablı üstünlüklə tamamlayıb.

İkinci hissə birincinin tam əksi olub. Möhtəşəm geri dönüş edən "Fənərbaxça" hər üç qolun əvəzini çıxaraq yekunda derbidən 1 xalla ayrılmağı bacarıb.

Qeyd edək ki, hazırda 23 oyundan sonra aktivində 40 xal olan "Beşiktaş" turnir cədvəlinin 3-cü, "Fənərbaxça" isə 25 xalla 15-ci pillədə qərarlaşıb.

 

Türkiyə Super Liqası

XXIII tur

"Beşiktaş" – "Fənərbaxça" – 3:3

Gökhan Gönül, 10, Burak Yılmaz, 18, 45+2 – Zayç, 55, Sadık çiftpınar, 61, Hasan Ali Kaldırım, 67

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest