"Arsenal"ın keçmiş futbolçusu Abu Diabi karyerasını bitirib. Matc.az saytı xarici mətbuata istinadən məlumatına görə, bunu 33 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.

Son klubu "Marsel" olan Diabi zədələrdən bezdiyi üçün bu addımı atdığını söyləyib: "Peşəkar karyeramı bitirirəm. İndi əsl vaxtıdı. Bir neçə il ərzində zədələrdən çox əziyyət çəkdim və belə vəziyyətdə qayıtmaq çətindi. Bu, ağır qərar idi və çox düşündüm. "Marsel"dən ayrıldıqdan sonra futbola qayıtmaq üçün özümə bir il vaxt verdim. Düşündüyümdən daha çətin oldu və futboldan getməyə qərar verdim".

Qeyd edək ki, sonuncu dəfə 2016-cı ilin avqustunda meydana çıxan Abu Diabi 2006-2015-ci illərdə "Arsenal"ın formasını geyinib. Həmin dövrdə 18 müxtəlif zədə ucbatından komandanın 250 oyununu buraxıb. O, Fransa millisinin heytində 16 görüşdə iştirak edib, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest