Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cedon Sanço tarixə düşüb. Matc.az saytı xəbər verir ki, o, Bundesliqanın XXIII turunda "Bayer"lə keçirilən qarşılaşmada buna nail olub.

Komandasının 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada qollardan birinin müəllifi məhz Sanço olub. Futbolçu Bundesliqada qollarının sayını 9-a çatdırıb ki, bunun 8-i cari mövsümdə qeydə alınıb.

İngiltərəli Bundesliqada 9 qol həddinə çatan ən gənc oyunçu kimi tarixə düşüb. 18 yaş 336 günündə bunu bacaran Sanço Almaniya millisinin sabiq üzvü Lukas Podolskinin rekordunu yeniləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest