"Kəpəz"in sabiq futbolçusu Dedimar Ferreyranın klubsuz günləri başa çatıb. Matc.az saytının Braziliya mətbuatına istinadən məlumatına görə, 27 yaşlı müdafiəçi yeni komandası ilə anlaşıb.

ötən mövsümün sonunda "Kəpəz"dən ayrılan futbolçu 6 ay ərzində bir çox kluba müraciət etsə də, hətta ölkəsi Braziliyanın aşağı liqa komandalarının da diqqətini çəkə bilməyib. Yeni klubu isə braziliyalıların nadir hallarda legioner həyatı yaşadığı Myanmardı. O, bu ölkənin milli liqasında çıxış edən "Şan Yunayted" komandası ilə ilin sonuna qədər müqavilə imzalayıb.

Ferreyranın bu seçimi ölkəsində maraqla qarşılanıb. Yerli KİV oyunçunu hətta məsxərəyə də qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest