"Kiprlə oyundan sonra komandada əhval-ruhiyyə daha da yaxşılaşıb". Matç.az saytının məlumatına görə, bunu Bolqarıstan yığmasının yarımmüdafiəçisi Simeon Slavçev deyib.

Bolqarlar Millətlər Liqasının qrup mərhələsində Kipri (2:1) məğlub edərək, yer aldığı qrupda liderliyini davam etdirib. 3 turdan sonra aktivində 9 xal olan Petar Hubçevin yetirmələri sabah ən yaxın izləyiciləri olan Norveçin qonağı olacaq.

"Qarabağ"ın futbolçusu çətin səfər öncəsi düşərgədə yüksək motivasiyanın olduğunu vurğulayıb: "Zədəli olduğum üçün klubumda bir neçə oyunu buraxmışdım. Amma yavaş-yavaş formaya düşürəm. Kiprlə matçda 90 dəqiqə oynamağım buna çox kömək oldu. Millidə əsl ailə ab-havası var. Əvvəlki matçlarda olduğu kimi, Norveç səfərinə də qələbə üçün yollanırıq".

Qeyd edək ki, Simeon Slavçev "Qarabağ"a cari mövsümün əvvəlində keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest