Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Qurum Topaz Premyer Liqasının XVIII turunda qeydə alınan neqativ olaylara hüquqi qiymət verib. "Qarabağ"la görüşdə 6 futbolçusu sarı vərəqə alan "Sabah" 800 manat cərimə olunub.

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Matc.az saytının məlumatına görə, qurum Topaz Premyer Liqasının XVIII turunda qeydə alınan neqativ olaylara hüquqi qiymət verib.

"Qarabağ"la görüşdə 6 futbolçusu sarı vərəqə alan "Sabah" 800 manat cərimə olunub. Paytaxt klubunun yarımmüdafiəçisi Erik Ramos isə ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün 1 oyunluq cəzalandırılıb, klubunu 200 manat ziyana salıb.

"Neftçi" üzərində qələbə qazanan "Səbail" 6 futbolçusu sarı vərəqə aldığından, 800 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest