Futbol üzrə I divizion klublarına qeyri-adi cəzalar kəsilməkdə davam edir. Matc.az saytı xəbər verir ki, AFFA İntizam Komitəsi (İK) XVI turda keçirilən bəzi görüşlərlə bağlı maraqlı qərarlar verib.

"Turan Tovuz" – "Neftç-2" qarşılaşmasında lazımi inventarlar olmadığı üçün meydan sahibləri 160 manat cərimə olunub. "Şüvəlan" – "Qarabağ-2" matçının ikinci hissəsi "Qarabağ-2"nin yubanması səbəbindən 4 dəqiqə gec başlayıb. Bu səbəbdən klub 80 manat cərimə ödəyəcək.

"Kəpəz"lə səfər oyununun iclasında nümayəndəsi iştirak etməyən "Zaqatala" 80 manat cərimələnib. "Sabah-2" - "Qaradağ  Lökbatan" matçında isə ikincilər ilkin protokolu gec tədqim etdiyi üçün eyni məbləğdə cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest