"İnter" A seriyasının XXVIII turunda "Milan"la oyuna fərqli formada çıxacaq. Matc.az saytı xəbər verir ki, klubun mətbuat xidməti bu barədə məlumat yayıb.

"Nike" şirkəti "neradzurra" ilə əməkdaşlığın 20 illiyi münasibətilə belə bir addım atıb. Firma 20 il ərzində komandanın ən yaddaqalan 10 formasının birləşməsindən xüsusi dizaynda forma hazırlayıb. "İnter"lə "Milan" arasında "San Siro"dakı qarşılaşma martın 17-nə təsadüf edəcək.

Qeyd edək ki, "İnter" 25 turdan sonra A seriyasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest