Azərbaycan millisinin və "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov Rusiyanın "News.ru" nəşrinə müsahibə verib. Matc.az saytı xəbər verir ki, 27 yaşlı oyunçu ölkə futbolunun problemlərindən bəhs edib.

- 2017-ci ildən Azərbaycan çempionatında oynayırsınız. Liqanın səviyyəsi haqda nə deyə bilərsiniz?

- çempionatın səviyyəsi birmənalı olaraq, Rusiya və Portuqaliya ilə eyni deyil, ancaq çox zəif də deyil. Məsələn, biz hər il Avropa Liqasının, ötən mövsüm isə çempionlar Liqasının qrup mərhələsində iştirak edən "Qarabağ"la rəqabət aparırıq.

- "Qarabağ"la birlikdə ilk iki pilləni bölüşürsünüz. Başqa hansı komanda sizinlə rəqabət apara bilər?

- Düşünürəm ki, bu il əsas mübarizə "Qarabağ"la bizim aramızda gedir. Amma bu yolda hər oyun çətin olacaq.

- Premyer Liqada 8 komanda az deyil?

- Əlbəttə ki, azdı. Milli valyutanın dəyərini itirməsi ölkə futbolunda böhrana səbəb oldu. Lakin hesab edirəm ki, klubların sayı yavaş-yavaş artacaq. Komandaların bölgələri təmsil etməsi çox önəmlidi. Onlarsız stadionlarda azarkeş sayı çoxalmayacaq, istedadlar üzə çıxmayacaq.

- çempionatınızı Rusiya Premyer Liqası ilə müqayisə edə bilərsinizmi? "Neftçi" və "Qarabağ" Rusiyada hansı yerlər uğrunda mübarizə aparar?

- Məncə, "Qarabağ" və "Neftçi" ikinci "8-lik"də qərarlaşar. Hansısa oyunda Premyer Liqanın güclü komandasını məğlub edə bilərik. Amma ümumilikdə Rusiya futbolu güclüdü. Orda maliyyə yüksəkdi və daha səviyyəli legionerlər çıxış edir.

- "Neftçi"də kifayət qədər əcnəbi futbolçu var. Komanda yoldaşlarınızla dil problemi yaşamırsınız?

- "Boavişta"da oynayanda portuqal dilində danışırdım. Ona görə də ispandilli futbolçularla dil tapa bilirəm. Braziliyalı futbolçumuz var idi, onunla problemim heç olmurdu. Digər legionerlərlə ingilis dilində ünsiyyət saxlamaq olur, çoxu bu dili bilir. Bu üzdən də ünsiyyət baxımından problem yoxdu.

- Statistika göstərir ki, bu mövsüm elə də çox oynamamısınız. Bu, nə ilə bağlıdı?

- Bu mövsüm az oynamağımla bağlı fikir doğru deyil (gülür). Əsas kapitanımız zədəli olduğu üçün mövsümün əvvəlindən kapitanlıq sarğısını mən daşıyıram.

- Rusiya Premyer Liqasında uzun müddət oynamısınız. Rusiya üçün darıxmırsınız?

- Qışa, soyuqlar düşənə, dörvərələrarası fasiləyə qədər bəzən darıxıram. Amma şaxtalı havada, mənfi temperaturda meydana çıxmadığım üçün xoşbəxtəm.

- "Boavişta"dan ayrıldıqdan sonra Rusiyaya qayıtmaq variantınız var idimi?

- "Boavişta" ilə müqavilə "transfer pəncərəsi"nin son günündə pozuldu. Düşünmək üçün vaxtım olmadı. "Neftçi" çoxdan mənimlə maraqlandığı üçün dərhal bura gəlməyə qərar verim. Daha çox oyun praktikası qazanmaq istəyirdim.

- Rusiyadakı keçmiş komanda yoldaşlarınızdan kimlərlə əlaqə saxlayırsınız?

- Deyə bilmərəm ki, çoxu ilə danışıram. Hazırda Kazan "Rubin"ində oynayan İbrahim çallaqovla yazışırıq. Digərləri ilə isə hərdən əlaqə saxlayırıq.

- Səhv etmirəmsə, yaxın keçmişdə Azərbaycan klublarında böyük maliyyə problemi yaşandı. Bu məsələ indi nə yerdədi?

- Bəli, bayaq da bildirdiyim kimi, Azərbaycanda milli valyutanın dəyərini itirməsindən sonra futbolda böyük problemlər yaşandı. Komandaların sayının azaldılması da bununla əlaqədardı.

- Yaxın gələcəkdə klubların sayının artması gözlənilirmi?

- ümid edirəm ki, yerli futbol inkişaf edəcək. Amma infrastrukturu yaxşılaşdırmadan qlobal tərəqqidən danışmaq çətindi. Təəssüf ki, "Qəbələ"dən başqa akademiyasına regionlardan uşaq cəlb edən komanda yoxdu. Fikrimcə, Azərbaycan futbolunun ən böyük problemlərindən biri budu.

- Azərbaycan millisi ilə bağlı məsələyə toxunmadan keçə bilmirəm. Avropa çempionatının seçmə mərhələsi haqda nə düşünürsünüz?

- Aydındı ki, qrupumuz çox çətindi. Amma başqa komandalarla düşsəydik belə, təəssüf ki, favorit olmayacaqdıq. Sadəcə, hər oyunda vuruşmaq, xal qazanmaq və turnir cədvəlində yuxarılara yüksəlmək lazımdı. Başqa yol görmürəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest