"Neftçi"nin futbolçusu Elvin Sərkərov karyerasını Latviyada davam etdirəcək. 22 yaşlı müdafiəçi "Dauqavpils" klubuna keçib. O, yeni komandası ilə artıq müqavilə imzalayıb. Anlaşmanın şərtlərinə görə, futbolçu başqa kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi"yə ödəniləcək.

"Neftçi"nin futbolçusu Elvin Sərkərov karyerasını Latviyada davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, 22 yaşlı müdafiəçi "Dauqavpils" klubuna keçib. O, yeni komandası ilə artıq müqavilə imzalayıb. Anlaşmanın şərtlərinə görə, futbolçu başqa kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi"yə ödəniləcək. Həmçinin Azərbaycanın U-21 millisinin üzvü vətənə qayıdacağı halda, ilk seçimini "Neftçi" üzərində edəcək.

Qeyd edək ki, Elvin Sərkərov bu mövsüm "Neftçi"nin heyətində 6 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest