"İnter"in hücumçusu Mauro İkardi İtaliyanı tərk etmək istəmir. Matc.az saytının "Corriere dello Sport"a istinadən məlumatına görə, 26 yaşlı forvard karyerasını A seriyasında davam etdirməyi planlaşdırır.

Argentina millisinin üzvü iki variant arasında seçim edəcək: ya "İnter"də qalacaq, ya da "Yuventus" və ya "Napoli"yə keçəcək. Onun xidmətində bir neçə Avropa nəhəngi ilə yanaşı, adıçəkilən komandalar da maraqlıdı. Ancaq o, İtaliyaya uyğunlaşıb və burda özünü xoşbəxt hiss edir.

Qeyd edək ki, "İnter"lə müqavilə müddəti 2021-ci ilin yayına qədər olan Mauro İkardinin əvvəlcə kapitanlıq əlindən alınıb, sonra futbolçu komandadan uzaqlaşdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest