Topaz Premyer Liqasının XVIII turunun rəmzi komandası açıqlanıb. Matc.az saytı xəbər verir ki, heyət "InStat" şirkətinin təhlilinə əsasən müəyyənləşib.

Simvolik "11-lik"də ən çox oyunçu ilə təmsil olunan komanda "Zirə"di. "Sumqayıt" üzərində qələbə qazanan heyətin 4 üzvü "11-liy"ə salınıb.

Qapıçı: Kamran Ağayev ("Keşlə")-2

Müdafiəçilər: Ansi Aqolli ("Qarabağ")-3, Adrian Skarlatake ("Zirə"), Bəxtiyar Həsənalızadə ("Zirə"), Amin Seydiyev ("Qəbələ")

Yarımmüdafiəçilər: Mfo Kqasvane ("Zirə"), Dilan Duventru ("Zirə"), Riçard Almeyda ("Qarabağ")-3, Dani Kintana ("Qarabağ")-4

Hücumçular: Canluka Sansone ("Neftçi")-2, Ceyms Adeniyi ("Qəbələ")-5

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest