I divizionda mübarizə aparan "Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə klubun feysbuk səhifəsi məlumat yayıb.

Bildirilir ki, komandanı bundan sonra Nizami Sadıqov çalışdıracaq. Eltay Aslanovla yollarını ayıran tovuzlular yenidən Sadıqovu bu posta təyin ediblər.

Qeyd edək ki, "Turan Tovuz" I divizionda 16 turdan sonra 13 xalla 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest