Avropa Liqasının final oyununa həsr olunan tədbirlər çərçivəsində keçiriləcək "Bakı 2019: Ulduzlar Finalı" adlı görüşün vaxtı dəyişdirilib. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, martın 3-dəki qarşılaşma öncədən nəzərdə tutulduğu kimi 12:30-da başlamayacaq.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında təşkil olunacaq möhtəşəm oyun 11:00-da start götürəcək.

Eydur Qudyonsen, Maykl Esyen, Anderson Deku, Yeju Dudek, Revaz Arveladze Nihat Kahveci, Andrey Arşavin, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanov və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 nəfər isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, Avropa Liqası Final-2019-a həsr olunmuş "İntellektual Kubok"un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov "böyük oyun"da media nümayəndələrini təmsil edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest