Fransa Kubokunun 1/4 final mərhələsində "Dijon"la keçirilən oyun PSJ-nin qapıçısı Canluici Buffon üçün əlamətdar olub. Matc.az saytının məlumatına görə, veteran qolkiper karyerasında 600-cü qələbə sevincini yaşayıb.

41 yaşlı oyunçu 1995-ci ildə başladığı peşəkar karyerasında keçirdiyi 1071 görüşün 600-də qələbə görüb. O, bu oyunların 168-ni "Parma", 509-nu "Yuventus", 176-nı İtaliya yığması, 19-nu isə PSJ-də keçirib. 41 yaşlı qolkiper Fransa klubunun heyətində hələ məğlubiyyət üzü görməyib.

Qeyd edək ki, PSJ "Dijon" üzərində 3:0 hesablı qələbə qazanaraq, yarımfinala adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest