Türkiyə kubokunun 1/4 final mərhələsində mübarizə davam edir. Matc.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində bu gün "Qalatasaray" meydana çıxıb.

"Cim-bom" aşağı liqa təmsilçisi "Hatayspor"un qonağı olub. İstanbul nəhəngi 2:4 hesabı ilə məğlub olmasına baxmayaraq, yarımfinala adlayıb. ilk görüşdə 2:0 hesabı ilə qalib gələn "Qalatasaray"ın imdadına səfər qolları yetişib.

 

Türkiyə kuboku

1/4 final, cavab oyunu

"Hatayspor" - "Qalatasaray" - 4:2

Gökhan, 59 (pen.), 71 (pen.); Aydın, 79; İsmail, 87 (avtoqol) - Muğdat, 21; Əmrə, 53

İlk oyun - 0:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest