"Sumqayıt"da məşqçi istefası reallaşıb. Matc.az saytı xəbər verir ki, rəhbərlik fiziki hazırlıq üzrə məşqçi Sergey Yankovu vəzifəsindən uzaqlaşdırıb.

Komandanın fiziki durumu baş məşqçi Ayxan Abbasovun ürəyincə deyil və çalışdırıcı Yankovun işindən razı qalmayıb. Bu səbəbdən "kimyaçılar" onu istefaya göndərib.

Qeyd edək ki, "Sumqayıt" Topaz Premyer Liqasında 18 turdan sonra 15 xalla sonuncu pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest