Futbol üzrə Səudiyyə Ərəbistanı milli komandasının Dç-2022 üçün yekun heyəti açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda 26 futbolçu yer alıb.
 
Onların hamısı Səudiyyə Ərəbistanı çempionatını təmsil edir:
 
Qapıçılar: Məhəmməd Əl Ovais ("Əl-Hilal"), Məhəmməd Əl Rubai ("Əl-Əhli"), Navaf Al Aqidi (Əl-Nəsr);
 
Müdafiəçilər: Yaser Əl-Şəhrani, Məhəmməd Əl-Breyk, Əli Əl-Bulaihi, Səud Əbdülhəmid (hamısı – "Əl-Hilal"), Sultan Əl-Qanam, Abdulela Əl-Amri, Abdullah Madu (hamısı – "Əl-Nəsr"), Həsən Təmbəkti ("Əş-Şabab");
 
Yarımmüdafiəçilər: Salman Əl-Fərəc, Salem Əl-Dəvsəri, Abdullah Otaif, Məhəmmed Kanno, Abdullelah Əl-Malki, Nasser Əl-Davsari (hamısı – "Əl-Hilal"), Fahad Əl-Muvallad, Hattan Bahebri (hər ikisi – "Əl-Şabab"), Sami Əl-Najei, Əli Əl-Həsən (hər ikisi "Ən-Nəsr"), Əbdülrəhman Əl-Abud ("Əl-İttihad"), Riyad Şərahili ("Əbha");
 
Hücumçular: Firas Əl-Buraikan ("Əl-Fateh"), Saleh Əl-Şehri ("Əl-Hilal"), Haitham Asiri ("Əl-Əhli").
 
Səudiyyə Ərəbistanı millisi C qrupunda Polşa, Argentina və Meksika ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest