Rusiya yığmasının və Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Dmitri Tarasovun həyat yoldaşı Anastasiya Kostenko maraqlı açıqlama ilə gündəmə gəlib. Matc.az saytı xəbər verir ki, gənc model futbolçuların ünvanına "daş atıb".

O, Tarasovla tanış olmazdan əvvəl futbolçular haqda başqa düşüncədə olduğunu söyləyib: "Dima ilə tanış olana qədər futbolçuları ağıllı adam hesab etmirdim. Amma o, mənə çox tez bunun əksini sübut etdi. Onu tanıdıqdan sonra bu barədə düşüncələrim dəyişdi".

Qeyd edək ki, cütlük 2018-ci ilin yanvarında evlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest