Futbol üzrə Kanada millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Matc.az xəbər verir ki, siyahıya 26 oyunçunun adı daxil edilib.

Heyətdə 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 8 hücumçu yer alıb.

Kanada yığması noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq mundialda Belçika, Mərakeş və Xorvatiya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest