"Mançester Yunayted"in hücumçusu Romelu Lukaku karyerasını İtaliyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Yuventus" Belçika millisinin üzvü ilə maraqlanır.

"Qoca sinyora" 25 yaşlı forvardı mövsümün sonunda heyətinə qatmaq niyyətindədi. Turin təmsilçisi bu keçidlə bağlı qarşı tərəflə danışığa başlayıb. "Yuve" Lukakunun transferi müqabilində astronomik məbləğ təklif etməyə hazırlaşır.

Qeyd edək ki, Lukaku bu mövsüm Premyer Liqada keçirdiyi 25 oyunda 10 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest