"Atalanta"nın yarımmüdafiəçisi Brian Kristante "Roma"ya keçib. Matc.az saytı xəbər verir ki, "canavarlar" futbolçunu rəsmən transfer ediblər.

24 yaşlı oyunçu mövsümün əvvəlində 5 milyon avro müqabilində icarə əsasında paytaxt klubuna yollanmışdı. Qısa müddətdə onun çıxışından məmnun qalan rəhbərlik futbolçunu birdəfəlik heyətə qatmaq qərarına gəlib. Bu üzdən "Roma" transfer üçün qarşı tərəfə tələb olunan 15 milyon avronu ödəyib. İtaliya millisinin üzvünün müqavilə müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, bu mövsüm A seriyasının 23 oyununda meydana çıxan Brian Kristante 4 qol, 3 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest